2023-cü ilin ikinci rübündə “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) vaxtı keçmiş kreditləri 587,03 milyon manata yüksəlib.
“Yeni Sabah”ın hesablamasına görə, bu, 2023-cü ilin əvvəli ilə müqayisədə 2,2 dəfə və ya 316,4 milyon çoxdur. İlin əvvəlində ABB-nin problemli kreditləri 270,6 milyon manat təşkil edib.
Bu dövrdə Bankın vaxtı keçmiş biznes kreditləri 29,03 milyon manatdan 279,5 milyon (250,5 milyon manat artım) manata kimi yüksəlib. Problemli istehlak kreditləri ilin ilə müqayisədə 40,3 milyon manat artaraq 175,1 milyon manata, vaxtı ötmüş daşınmaz əmlak kreditləri isə 25,6 milyon manat artaraq 132,5 milyon manata çatıb.
Hesabat dövründə ABB-nin ümidsiz kreditləri isə 7,4 milyon manat artaraq 77,7 milyon manata bərabər olub. Halbuki, 2023-cü ilin əvvəlində bu rəqəm 70,3 milyon manat təşkil etmişdi.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Bankın səhmdarları Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT), digər hüquqi və fiziki şəxslərdir.
Telegram kanalımız