Pandemiya dövründə dünyada gözlənildiyinin əksinə olaraq qlobal həmrəylik cəhdləri yüksək səviyyədə olmadı. Daha çox fəallıq göstərən ölkələr prosesdən siyasi maraq güdən və nüfuz dairəsi yaratmaq istəyən dövlətlər oldu ki, onların bu addımı tənqidlə qarşılandı. Yalnız az saylı dövlətlər oldu ki, dünya birliyini müsbət mənada səfərbərlik və həmrəylik yaratmağa çalışdı. Belə ölkələrdən biri də Azərbaycan oldu.
Azərbaycanın təşəbbüsü ilə koronavirus pandemiyasına qarşı mübarizə məqsədi ilə bir neçə beynəlxalq tədbir keçirilib.
Aprelin 10-da Aərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Həmin sammitdə İlham Əliyev bəzi ölkələrin özünüqapanma yolunu seçdiyini, amma belə vəziyyətdə qlobal həmrəyliyə ehtiuyac olduğunu vurğulayıb. pizza mizza
“Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır.
Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır”, - deyə dövlət başçısı bildirib.
Mayın 4-də isə yenə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında koronavirusla mübarizəyə həsr olunmuş “Biz COVID-19-a qarşı birlikdəyik” mövzulu Zirvə görüşü (videokonfransı) keçirilib. Ölkə başçısı həmin görüşdə BMT-nin də koronavirus pandemiyasınə həsr olunmuş xüsusi sessiyasının keçirilməsini gündəmə gətirib. “Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik”, - deyə o bildirib.
Bundan başqa Azərbaycan qlobal miqyasda pandemiya ilə mübarizəyə ciddi töhfələr verib. Azərbaycan Ümumdünya Səhiyyə təşkilatına, fərdi qaydada 14, ÜST xətti ilə 15 olmaqla 29 ölkəyə humanitar yardım göstərib.
Azərbaycan özü çətin vəziyyətdə olmasına rəğmən yardıma ehtiyacı olan dövlətlərə dəstək olmağa çalışıb, eyni zamanda beynəlxalq qurumların koronavirus məsələsində səfərbərlik, ortaq mövqedən çıxış etməsi üçün təşəbbüs göstərib. Azərbaycanın təşəbbüsü ilə təşkil olunan videokonfransda BMT, ÜST və digər qurumların rəhbərləri iştirak edib.
Telegram kanalımız