“Azərbaycan birtərəfli qaydada sərhəddə demarkasiya işlərinə başlayıb...” - Ohanyan

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan birtərəfli qaydada sərhəddə demarkasiya işlərinə başlayıb...” - Ohanyan

Rəsmi

25 Noyabr 2021 19:50 4429


“Azərbaycan birtərəfli qaydada sərhəddə demarkasiya və delimitasiya işlərinə başlayıb. Azərbaycan nəqliyyat kommunikasiyalarını açmaq adı altında Zəngəzur yolunu açmağa çalışır". 

Yenisabah.az xəbər verir ki, "ArmenianReport"un yaydığı məlumata görə, bunu  Ermənistan müxalifət fraksiyasının təşkil etdiyi dinləmələrdə  Xocalı qatili, terrorçu eks-prezident Robert Köçəryanın lideri olduğu “Hayastan” blokunun parlament fraksiyasının rəhbəri, digər Xocalı canisi, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

Minlərlə dinc Azərbaycan vətəndaşının qətli, yaralanması, əsir götürülüb işgəncə verilməsinin, qaytarılmamasının və Qarabağ və Ermənistanda qul kimi işlədilməsinin, yurdlarımızın, evlərimizin dağıdılmasının və s. birbaşa təşkilatçısı və icraçısı olmuş bu yaramaz məxluq indi insan haqlarından, ədalətdən qanundan dəm vurur... pizza hut

"Azərbaycanın bu işi müharibə yaralarının hələ də sağalmamasına, bütün erməni əsirlərin qaytarılmamasına və bir çox soydaşlarımızın taleyi naməlum olaraq qalmasına baxmayaraq gedir.  Həmçinin,  Azərbaycan öz gündəmini Ermənistana və xüsusən də uduzmuş, məğlub hakimiyyətə diktə edərək erməni hərbçilərini əsir götürməkdə davam edir”, - deyə keçmiş terrorçu nazir bildirib.

Ohanyan vurğulayıb ki, “Hayastan” bloku heç vaxt demarkasiya və delimitasiyanın zəruriliyini inkar etməyib, lakin bunun Ermənistan və "Dağlıq Qarabağ"ın maraqları bahasına, tələsik qərarlarla edilməsinin tərəfdarı deyil.../Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!