"Azərbaycan bizə söz verib ki, sionistləri bölgədən çıxaracaq".
Yenisabah.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian "Əl-Mənar" şəbəsəkəsinə müsahibəsində bildirib. "Azərbaycana dedik ki, ölkənizdə terrorçular var... Sionistlərin varlığı Qafqaz bölgəsinin təhlükəsizliyində zidddir. Amma Azərbaycan rəsmiləri onları bölgədən qovulacaqlarına dair söz verdilər", - deyə nazir qeyd edib.
Əmir Abdullahian müsahibəsinin digər bir hissəsində Azərbaycan Respublikası ilə son günlərdəki problemlərinə toxunub: Nazir vurğulayıb: "Mesajımız sülh və dostluq idi. İsmarışımız terrorçuların sərhəd bölgələrimizdə mövcudluğu imkanının olmamasıdır. İslam Respublikası harada olursa-olsun, istər İranın şimalında, istərsə də Fars körfəzinin isti sularında, hərbi manevrlərlə mesajımız sülh, təhlükəsizlik və regional təhlükəsizliyin qorunması əsas mesajıdır". Marqarita pizza
"Sionist rejim (İsrail - red.) də "müqavimət oxu"nun mesajını aldı, bölgəyə yayıla bilməz. Onlar "işğal olunmuş ərazilər" adlanan böyük bir həbsxananın məhbusları olmalıdırlar", - deyə Abdullahian əlavə edib.
Telegram kanalımız