Azərbaycan boksçuları Minskdə 10 medal qazandılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan boksçuları Minskdə 10 medal qazandılar

İdman

05 Noyabr 2023 16:13 1017


Azərbaycan boksçuları Belarusun paytaxtı Minskdə Vladimir Botvinnikin xatirəsinə həsr olunan yeniyetmələr arasında beynəlxalq turnirdə 10 medal qazanıblar.

Yenisabah.az xəbər verir ki, millinin üzvləri 1 qızıl, 9 bürünc medal əldə ediblər.

Komandanın heyətində Nurlan Abışov (57 kq) turnirin qalibi olub. O, finalda yerli Qleb Bondakı məğlub edib. Əli Məmmədov (46 kq), Məhəmmədəli Məmmədli (50 kq), Bağır Əmirxanlı (52 kq), Sübhan Babayev (54 kq), Turqay Rəhimli (60 kq), Kənan Aslanlı (63 kq), Rza Rzayev (70 kq), Əli Məmişov (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) isə 3-cü yeri tutublar. Dominos pizza

Qeyd edək ki, beynəlxalq turnirdə 7 ölkədən 142 idmançı mübarizə aparıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!