Azərbaycan boksçusu II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan boksçusu II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başladı

İdman

27 May 2024 19:27 812


Tailandın paytaxtı Banqkokda davam edən boks üzrə II Dünya Olimpiya Təsnifat Turnirində Azərbaycan millisinin boksçusu Alfonso Dominqes ilk görüşünə çıxıb.

Azərbaycan Boks Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, yarışın dördüncü günündə 92 kq-da mübarizə aparan dünya çempionumuz 1/32 finalda qanalı Conatan Tette ilə qarşılaşıb.

Görüş Dominqesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb. Sezar pizza

O, növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) üz-üzə gələcək. Qarşılaşma mayın 30-da baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!