Azərbaycan boksçusu Tokio-2020-yə lisenziya qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan boksçusu Tokio-2020-yə lisenziya qazandı

İdman

05 İyun 2021 16:57 906


Boks üzrə Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına ikinci lisenziyanı qazanıb.

Yenisabah.az xəbər verir ki, yığmanın heyətində Tayfur Əliyevin (57 kq) ardınca Cavid Çəbiyev bu hüquqa yiyələnib.

Dünya çempionu Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 63 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı boksçu 1/8 finalda Corc Batesi (İrlandiya) məğlub edib. Sezar pizza

Çəbiyev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş olimpiadaya da qatılıb.

Qeyd edək ki, Tokio-2020 bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!