“Azərbaycan buna layiqli cavab verəcək!” – İlham Əliyev Gəncəyə hücum haqda

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan buna layiqli cavab verəcək!” – İlham Əliyev Gəncəyə hücum haqda

Siyasət

11 Oktyabr 2020 16:14 10429


Azərbaycan Prezidenti İlham Əliyev Ermınistanın Gəncəyə artilleriya zərbələri endirməsi ilə bağlı "Tvitterdə" paylaşım edib.

Yenisabah.az xəbər verir ki, Prezident Azərbaycanın bütün bunlara layiqli cavab verəcəyini bildirib.

"Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək! Dominos pizza

Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!", - deyə İlham əliyev vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!