Azərbaycan çempionatında finala yüksələn boksçular müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan çempionatında finala yüksələn boksçular müəyyənləşdi

İdman

23 Oktyabr 2022 19:42 999


Azərbaycan çempionatında finala yüksələnlər boksçular müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, 38 komandanın 146 boksçusunun iştirakı ilə təşkil edilən yarışın VI günündə yarımfinal görüşləri baş tutub. Toyuqlu pizza

13 çəki dərəcəsində 26 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Yığmanın əsas heyət üzvləri inamlı qələbə sayəsində həlledici döyüşə vəsiqə qazanıblar. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Çempionat oktyabrın 24-də başa çatacaq. 13 çəki dərəcəsi üzrə baş tutacaq final döyüşlərinə saat 15:00-da start veriləcək.

Azərbaycan çempionatı

VI günün nəticələri

1/2 final mərhələsi

48 kq

Həsənağa İbrahimli (“Səbail” İK) – Tural Sarıyev (“Neftçi” İK) – birinci boksçu diskvalifikasiya olunub

Həsən Məlikov (BFL) – Nicat Tağızadə (“Qızıl əlcək” İK) – 3:1

51 kq

Məsud Yusifzadə (BFL) – Tacəddin Məmmədov (DGK İK) – 5:0

Rüfət Hüseynov (“Neftçi” İK) – Nicat Hüseynov (UGİM-1) – 1:4

54 kq

Elşən Qəribov (Quba) – Namiq Yarəliyev (Qəbələ) – ikinci tam üstünlüklə qalib gəlib

Nihat Abdullayev (“Qızıl əlcək” İK) – Ruslan Qədirov (MOİK) – 1:4

57 kq

Ümid Rüstəmov (DİN İK) – Hüseyn Əliyev (“Səbail” İK) – birinci tam üstünlüklə qalib gəlib

Maqsud Xasmetov (“Neftçi” İK) – Əzrək Bəbirov (BFL) – 2:3

60 kq

Tayfur Əliyev (Naxçıvan MR) – Eldəniz Baxşıyev (DGK İK) – 5:0

Şamil Əsgərov (“Neftçi” İK) – Ramiz Məmmədov (“Neftçi” İK) – ikinci döyüşə gəlməyib

63,5 kq

Malik Həsənov (“Neftçi” İK) – Ağacan Dərgahov (“Qara papaq” İK) – ikinci döyüşə gəlməyib

Cəlal Qurbanov (“Səbail” İK) – Kənan Abışov (Sumqayıt) – birinci tam üstünlüklə qalib gəlib

67 kq

Nəbi İsgəndərov (“Neftçi” İK) – Fariz Süleymanov (DGK İK) – birinci tam üstünlüklə qalib gəlib

İlqar Salahov (DGK İK) – Şəmsi Şahbazov (MOİK) – 3:2

71 kq

Sərxan Əliyev (MOİK) – Nicat Qurbanov (Gəncə) – birinci tam üstünlüklə qalib gəlib

Rəşid Həsənov (BFL) – Niyaməddin Allahverdiyev (“Zabit” İK) – 5:0

75 kq

Mirşərif Kazımzadə (“Neftçi” İK) – İsmayıl Hüseynov (BFL) – 5:0

Səbuhi Abışov (MOİK) – Amin Kuşkov (DGK İK) – 0:5

80 kq

Orxan Aydəmirli (“Naxçıvan” İK) – Murad Allahverdiyev (“Neftçi” İK – DİN İK) – 0:5

Cəbrayıl Yelikov (DGK İK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 0:5

86 kq

Surət Qarayev (“Neftçi” İK) – İbrahim İsmayılov (Z-1) – ikinci döyüşməkdən imtina edib

Eldar Quliyev (“Neftçi” İK) – Tural Useynov (“Səbail” İK) – 5:0

92 kq

Rauf Rəhimov (“Neftçi” İK) – Tural Həsənov (Z-1) – 5:0

Alfonso Dominqes (METE) - Rəvan Əliyev (“Neftçi” İK) – 5:0

+92 kq

İsmayıl Yaqubov (“Səbail” İK) – İsa Sulxayev (Zaqatal) – ikinci döyüşə gəlməyib

Məhəmməd Abdullayev (BFL-DGK İK) – Xəqani Abdullayev (Z-1) – birinci tam üstünlüklə qalib gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!