Bu gün Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ikinci yarısına start verilib.
“Yeni Sabah” xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Zirə" "Sabah"ı qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. Günün digər matçında isə "Neftçi" "Sumqayıt" ilə qarşılaşıb. Oyun sülhlə başa çatıb - 1:1.
Qeyd edək ki, turun digər iki matçı sabah oynanılacaq. pizza mizza
1 fevral (şənbə)
15:00. “Zirə” – “Sabah” - 2:0
Qol: A.Ramazanov, 45+2, R.Qadze, 78
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu
17:30. “Neftçi” – “Sumqayıt” - 1:1
Qol: R.Sadıxov, 43, B.Dabo, 71
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov
“Bakcell Arena”
Telegram kanalımız