Azərbaycan çempionu 2 oğlu ilə birlikdə karantinə alındı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan çempionu 2 oğlu ilə birlikdə karantinə alındı

İdman

04 Aprel 2020 14:32 894


Karate üzrə müstəqil Azərbaycanın ilk çempionlarından olan İlyas Xəlilov və ailəsi karantinə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Oxu.Az-a İlyas Xəlilovun özü açıqlama verib.

O bildirib ki, Rusiyadan qayıtdıqdan sonra karantinə alınıblar: pizza sifarişi

“Martın 16-da idman gimnastları olan oğlanlarım – Hüseyn və Əlini məşqsiz qalmaması üçün Novosibirskə təlim-məşq toplanışına aparmışdım. Həmin vaxt orada idman gimnastikası üzrə zallar bağlanmamışdı. Rusiyada olanda eşitdik ki, sərhədlər bağlanıb. Təyyarəmiz martın 27-si birbaşa Novosibirskdən qayıtmalı idi. Ancaq o reys ləğv olunmuşdu.

Ona görə də Moskvaya gəldik. Aprelin 2-də 123 nəfəri gətirən xüsusi təyyarə reysi ilə Azərbaycana qayıtdıq.

Hazırda hoteldə karantin rejiminə alınmışıq. Şükür Allaha, buradakı durumumuzdan narazı deyilik. Dövlətin qoyduğu minimum 14 günlük karantin rejiminə əməl etməliyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!