Azərbaycan çempionu həbs olundu   - Hədə-qorxu ilə pul tələb edib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan çempionu həbs olundu - Hədə-qorxu ilə pul tələb edib

Kriminal

31 Mart 2020 18:17 1170


Azərbaycanın məşhur güləşçisi hədə-qorxu ilə pul tələb etmə və qanunsuz azadlıqdan məhrum etmə maddəsi ilə həbs edilib. 

“Yeni Sabah”ın məlumatına görə, Şamaxı Rayon Məhkəməsinin hakimi Etibar Hümbətov Qədirli Məsim Cahid oğlu barəsində həbs qətimkan tədbiri seçib. 

Belə ki, Məsim Qədirli barəsində Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 182.2.3-cü (hədə- qorxu ilə pul tələb etmə zor tətbiq etmə ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Toyuqlu pizza

 Qeyd edək ki, Məsim Qədirli sərbəst güləş üzrə Azərbaycan çempionudur. O, yığma komandasının üzvü olub və bir çox nailiyyətlər imza atıb. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!