İmişli rayonunda məşhur idmançını öldürərək maşınla üstündən keçən şəxsin həbs müddəti uzadılıb.
“Yeni Sabah”ın məlumatına görə, qəsdən adam öldürmə maddəsi ilə təqsirləndirilən şəxs qismində həbs edilən Quliyev Elmin Elsevən oğlunun ibtidai istintaq dövründə həbs-qətimkan tədbiri hakim Ülvi Qənbərov tərəfindən uzadılıb.
Belə ki, 2020-ci il yanvarın 7-də polis şöbəsinə Kür çayının İmişli rayonu Ağamalılar kəndi ərazisindən keçən hissəsində QAZ-3110 markalı avtomobilin çaya düşməsi ilə bağlı məlumat daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində avtomobilin İmişli şəhər sakini 1981-ci il təvəllüdlü Əzizov Zaur Mikayıl oğluna məxsus olduğu və onun qətlə yetirildiyi məlum olub. Zaur Əzizovun sərbəst güləşçi ikiqat Azərbaycan çempionu (2011, 2012), Qran-prinin 3 qat qalibi (2008, 2010, 2012), Avropa Çempionatının bürünc medalçısı (2008) olub, eləcə də Azərbaycanı 2008 Yay Olimpiya Oyunlarında təmsil edən Emin Əzizovun qardaşı olduğu müəyyənləşib. E.Əzizov hazırda Bakıda yaşasa da, qardaşının itkin düşməsi xəbərini aldıqdan sonra İmişliyə gəlib. Onun da iştirak etdiyi bir neçə günlük axtarışlardan sonra Z.Əzizovun əvvəlcə avtomobilini, sonra isə özünü tapmaq mümkün olub. Dördpendirli pizza
İlkin ehtimala görə, Zaur Əzizovla tanışı İmişli şəhər sakini, 1994-cü il təvəllüdlü Quliyev Elmin Elsəvən oğlu arasında pul üstündə mübahisə yaranıb. Zaur əlindəki bıçaqla Elminə xəsarət yetirib. Daha sonra Elmin bıçağı Zaurdan alaraq ona qarın və baş nahiyəsindən zərbə endirib. Zaurun ölmədiyini görən Elmin birinciyə məxsus avtomobillə onun üzərindən keçərək öldürüb və meyiti yaxınlıqdakı kolluğun içərisinə atıb. Həmçinin Elmin Zaura məxsus avtomobili hadisə yerindən 1 km aralı məsafədə Kür çayına ataraq hadisə yerindən kənarlaşıb. Meyit hadisə yerindən götürülərək məhkəmə tibbi ekspertizaya təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb, hadisədə şübhəli bilinən Elmin Quliyev saxlanılıb.
Azər İsrafilov
Telegram kanalımız