Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”ni dörd medalla başa vurdular

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”ni dörd medalla başa vurdular

İdman

24 Mart 2024 21:09 1036


Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirini dörd medalla başa vurublar.

Yenisabah.az xəbər verir ki, yarışın son günündə millinin daha iki üzvü fəxri kürsüyə yüksəlib.

Elcan Hacıyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıblar. pizza hut

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) üçüncü olublar. Azərbaycanı “Böyük Dəbilqə” turnirində doqquz çəki dərəcəsində 11 kişi, dörd qadın cüdoçu təmsil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!