Azərbaycan cüdoçuları ilk dəfə Avropa Kata çempionatında iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçuları ilk dəfə Avropa Kata çempionatında iştirak edəcək

İdman

11 İyun 2023 22:57 742


Azərbaycan cüdoçuları ilk dəfə 12-13 iyunda Sloveniyanın Podçetrtek şəhərində keçiriləcək böyüklər arasında Avropa Kata çempionatında iştirak edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.

İyirmi bir ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək. Sezar pizza

Qeyd edək ki, idmançılarımız yarışa hazırlaşmaq üçün Türkiyənin Ankara şəhərində və Xorvatiyanın Riyeka şəhərlərində təşkil olunan təlim-məşq toplanışlarında iştirak ediblər.

Kata çempionatının ilkin yarışları 12 iyunda başlayacaq, finallar isə 13 iyunda keçiriləcək. 14 iyunda Podçetrtek şəhərində Kodokan seminarı baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!