Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçuları İtaliyada Açıq Avropa turnirində iştirak edəcək

İdman

10 Sentyabr 2022 01:00 928


Sentyabrın 10-11-də İtaliyanın Rikkione şəhərində böyüklər arasında cüdo üzrə Açıq Avropa turniri keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, yarışa 36 ölkədən 406 idmançı qatılacaq. Azərbaycan turnirdə 13 cüdoçu ilə medallar uğrunda mübarizə aparacaq.

Cüdoçularımıza performans direktor Mark van der Ham, böyük performans analitik Zaur Babayev, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Mövlud Mirəliyev rəhbərlik edəcək. pizza

Yarışdan sonra, idmançılarımız 12-17 sentyabr tarixlərində Rikkionedə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

- 60 kq.

Rövşən Əliyev

Nazir Talıbov

- 66 kq.

Orxan Səfərov

Yaşar Nəcəfov

Kəramət Hüseynov

- 81 kq.

Səid Mollayi

Zelim Tckayev

Rüstəm Orucov

- 90 kq.

Murad Fətiyev

- 100 kq.

Zelim Kotsoyev

Məmmədəli Mehdiyev

+100 kq.

Uşanqi Kokauri

Camal Qamzatxanov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!