Azərbaycan cüdoçuları Sloveniyada yeddi medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçuları Sloveniyada yeddi medal qazandı

İdman

24 Oktyabr 2022 22:37 861


Azərbaycan cüdoçuları Sloveniyanın Sloven-Qradets şəhərində 15 və 18 yaşadək yeniyetmələr arasında keçirilən Açıq Koroska turnirində 8 medal qazanıb.

Federasiyadan Yenisabah.az-a verilən məlumata görə, sayca 46-cı dəfə təşkil olunan yarışda 40 kqda Məryəm Bayramzadə (qızıl medal), 48 kq-da Nuranə Hacızadə (gümüş medal), 52 kq-da Vüsalə Hacıyeva, Aytən Verdiyeva (hər ikisi qızıl və gümüş medal) və 57 kq-da Fidan Qasımova (qızıl medal) fəxri kürsüyə qalxıblar.

Yarışın ümumi nəticəsinə görə, Azərbaycan təmsilçiləri 4 qızıl, 3 gümüş və 1 bürünc medalla qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıb. Dominos pizza

İdmançılar Sloveniyada bu gün start götürən və 3 gün davam edəcək təlim-məşq prosesinə qatılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!