Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi   - Paris-2024 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi - Paris-2024 

İdman

01 Avqust 2024 13:15 788


Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Yenisabah.az-ın xəbərinə görə, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev (Azərbaycan) 1/8 finalda Pyotr Kuçera (Polşa, dünya reytinqi 28) ilə qarşılaşıb. Polşa idmançısı 1/16 finalda Tomas Briçenoya (Çili, dünya reytinqi 46) qalib gəlib. 

Zelim Kotsoyev hazırda öz çəkisində dünya reytinqində 1-cidir. Osetiyalı milliləşdirilmiş legioner olan Kotsoyev 2023-cü ildə (noyabr) Avropa çempionu, 2024-cü ilin mayında isə dünya çempionu olub. O, Azərbaycan millisinin Yay Olimpiya Oyunlarında medal ümidlərindən sayılır.  pizza mizza

Kotsoyev ilk görüşündə ipponla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Peter Paltçik (İsrail) - Aurelien Disse (Fransa) cütünün qalibi olacaq. 

Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vurub. Həmin idmançılardan yalnız Hidayət Heydərov medal (qızıl) qazanıb. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!