Azərbaycan cüdoçusu Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

İdman

27 İyun 2024 20:28 739


Azərbaycanın yeniyetmə cüdoçusu Bahadur Feyzullayev (50 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, idmançı finalda Ukrayna təmsilçisi Rostislav Kostrikinlə üz-üzə gəlib.

Rəqibini məğlub edən Feyzullayev turnirin qalibi olub. Marqarita pizza

Daha əvvəl eyni çəkidəki Məhəmmədəli Hüsiyev bürünc mükafat əldə edib.

Qeyd edək ki, bu gün Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) da üçüncü yer uğrunda görüşə çıxacaqlar.

Yarış iyunun 30-da başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!