Azərbaycan cüdoçusu Avropa çempionu oldu 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçusu Avropa çempionu oldu 

İdman

05 Sentyabr 2024 18:04 556


Azərbaycan cüdoçusu Könül Əliyeva (52 kq) Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub. 

Yenisabah.az-ın məlumatına görə, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əliyeva Azərbaycanın aktivinə ilk qızıl medalı yazıdırıb. 

O, həlledici görüşdə Zilan Ertemi (Türkiyə) məğlub edib.  Dominos pizza

Finalda Nazar Viskova (Ukrayna) uduzan Nizami İmranov (60 kq) gümüş medalla kifayətlənib. 

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!