Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatında final görüşünə çıxıb.
Yenisabah.az xəbər verir ki, 60 kq çəki dərəcəsində rəqib polşalı Ksaveri İqnasyak olub.
Bayramov fənd tətbiq edərək, rəqibin kürəyini yerə vurub. Hakimlər əvvəlcə Azərbaycan cüdoçusunu qalib elan etsələr də, sonradan qərarı dəyişiblər. pizza mizza
Yeni qaydalara görə, əldən tutub fəndi atarkən, baş xalçaya doğru getməməlidir. Əks-halda, fəndi tətbiq edənə xansuki, yəni, cəza verirlər.
Məhz həmin səhvə yol verən Bayramov yekunda gümüş medalla kifayətlənib./Report
Telegram kanalımız