Azərbaycan cüdoçusu bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçusu bürünc medal qazandı

İdman

11 Oktyabr 2024 20:24 955


Azərbaycanın cüdoçusu Acelya Toprak (57 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"nin ilk günündə bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Flaka Lojaya (Kosovo) qalib gələn təmsilçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bu gün tatamiyə çıxan 5 idmançımız isə mükafatsız qalıb. Marqarita pizza

Bunlar Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Leyla Əliyevadır (48 kq).

Qeyd edək ki, turnir oktyabrın 12-də başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!