Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı

İdman

06 İyun 2021 20:25 868


Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib.

Yenisabah.az xəbər verir ki, iyunun 13-dək davam edəcək mundialın ilk günündə Azərbaycan millisinin 4 idmançısı tatamiyə çıxıb.

Onlardan Kəramət Hüseynov yarışı uğurla başa vurub. O, dünya çempionatının 3-cüsü olub. pizza mizza

Kişilər

60 kq

I mərhələdən yarışa qoşulan Kəramət Hüseynovun rəqibi Mohammad Raşnonezad (İJF) olub. Cüdoçumuzun debütü uğurlu alınıb və o, qələbə qazanıb. Hüseynov növbəti görüşündə moldovalı Nikolae Foçanı da məğlub edib. Kəramət 1/8 finalda yaponiyalı Ryuju Naqayamanı da yarışdan kənarlaşdırmaqda çətinlik çəkməyib. O, yarımfinala gedən yolda fransalı Valid Xyarla münasibətinə aydınlıq gətirib və uğurlu seriyanı davam etdirə bilməyib.

Kəramət təsəlliverici görüşdə Unibold Lxaqvayamtsla (Monqolustan) üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz bürünc medal uğurunda qazaxıstanlı Maqjan Şamşadinlə qarşılaşıb. Görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. O, çıxışını bürünc medalla başa vurub.

Komanda yoldaşı kimi ilk mərhələdən mundiala qatılan Davud Məmmədsoy ilk sınağında Romarik Vend-Yam Budanı (Fransa) sınağa çəkib. Lakin dueldən rəqib qalib ayrılıb.

Qadınlar

48 kq

Bu çəki dərəcəsində çıxış edən cüdoçularımız mübarizəyə II mərhələdən başlayıblar. Leyla Əliyeva startda Sabina Gilyazovaya (RJF), Aişə Qurbanlı isə Julia Fiqueroaya (İspaniya) uduzub.

Qeyd edək ki, millimiz dünya çempionatı 12 cüdoçu ilə yollanıb./Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!