Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazandı

İdman

06 Oktyabr 2023 20:55 460


Azərbaycan cüdoçusu Vüqar Talıbov Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

Yenisabah.az xəbər verir ki, 20 yaşlı idmançı 90 kq çəki dərəcəsində mundialı ikinci pillədə başa vurub.

1/16 finaldan mübarizəyə qoşulan V.Talıbov finala qədər bütün rəqiblərini üstələsə də, həlledici görüşdə yaponiyalı Komei Kavabataya məğlub olub. pizza

Bu çəki dərəcəsindəki digər təmsilçimiz İsmayıl Zamanov 1/8 finalda çıxışını başa vurub.

Ömər Rəcəbli isə 81 kq-da bürünc medal qazanmaq şansını son anda əldən verib. O, təsəlliverici dueldən üstün ayrılsa da, bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Naoto İzavaya uduzub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal əldə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!