Azərbaycan cüdoçusu finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçusu finala yüksəldi

İdman

12 Oktyabr 2024 15:46 1059


Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də finala yüksəlib.

Yenisabah.az xəbər verir ki, idmançı yarımfinalda Gürcüstan təmsilçisi Dimitri Qoçilaidzeyə qalib gəlməklə buna nail olub. Eyni çəkidəki Ömər Rəcəbli təsəlliverici qarşılaşmada uduzub.

Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq. Nəriman Mirzəyev (hər ikisi 73 kq) isə ilk dueldə məğlub olaraq mübarizəni erkən dayandırıb. pizza

Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc mükafat əldə edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!