“Azərbaycan da bizim məmləkətimizdir“   - “Sivasspor“un baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan da bizim məmləkətimizdir“ - “Sivasspor“un baş məşqçisi

İdman

25 Noyabr 2020 18:08 874


"Turnirə yaxşı başlamışıq. 3 matça çıxmışıq. Bütün oyunlarda qol vurduq. İsrail "Makkabi"si (Təl-Əviv) ilə görüşdə sıxıntılarımız var idi. "Vilyarreal"a qarşı da yaxşı çıxış etmişdik. "Qarabağ"a qarşı sabahkı matç bizim üçün finala bərabərdir".

Yenisabah.az xəbər verir ki, bu fikirləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, heyətdə 14-15 futbolçu sağlam qalıb: "Futbolçular hər şeylərini ortaya qoyacaq. Görüşün İstanbulda olması yaxşıdır. Amma Azərbaycan da bizim məmləkətimizdir. Ötən turda "Qarabağ"la matçda bunu hamı gördü. İstəyirik ki, növbəti mərhələyə vəsiqə qazanaq. Bütün futbolçulara inanıram". Marqarita pizza

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb. "Report"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!