Azərbaycanın "Formula 1"dən imtina etməsi ilə bağlı iddialar yayılıb.
"Yeni Sabah" "Motosport"a istinadən xəbər verir ki, "Formula 1" rəhbərliyinin iştirakı ilə telefon vasitəsi ilə keçirilən konfransda Azərbaycan Qran-prini keçiriməkdən imtina etmək istədiyini bildirib.
Azərbaycan 5-7 iyunda keçirilməsi nəzərdə tutulan "Formula 1"dən imtina etmək istəyini şəhər magistral yolunun hazırlanmasına apreldə başlamalı olması ilə izah edib. Bu prosesin bahalı olduğu vurğulanıb. Həmçinin, yarışın koronavirus səbəbindən ləğv olunacağı təqdirdə, pulun boşa çıxacağı qeyd edilib. pizza
Qeyd edək ki, "Formula 1" rəhbərliyi koronavirusa görə Avstraliyadakı yarışı ləğv edib, Çin Qran-prisini isə təxirə salıb.
Telegram kanalımız