“Azərbaycan Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır“ - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır“ - Politoloq

Siyasət

17 Aprel 2019 16:34 1227


“Moskva görüşündə tərəflər humanitar məsələlərdə razılığa gəliblər. Bu, cəbhə xəttində kənd təsərrüfatı ilə məşğul olmaq üçün təhlükəsizlik mühitinin yaradılmasıdır.Əslində atəşkəs rejiminə əməl olunması kimi bu bənd getməliydi, amma nədənsə ayrı bir bənd kimi sayılıb. Eyni zamanda jurnalistlərin qarşılıqlı səfərləri və əsirlərin yaxınlarının  səfərlərindən söhbət gedir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O qeyd edib ki, istənilən münaqişədə birinci addım kimi humanitar məsələlərin həlli  lazımdır:

“Tərəflərin bir-birinə qarşı mövqeyində qarşılıqlı etimad çox lazımlı məsələdir. Qarşılıqlı etimad və xalqların sülhə hazırlanması təbii ki, ermənilərə aiddir. Ermənilərin azərbaycanlılara qarşı kini, fikirlərinin dəyişilməsindən söhbət gedir. Çox təəssüf ki, erməniləri uşaq vaxtından azərbaycanlılara qarşı düşmən obrazında  böyüdürlər. Bu da onların sonradan faşist kimi yetişməsinə və Azərbaycana qarşı mübarizə aparmasına gətirib çıxarır. pizza mizza

O ki qaldı, deputat Asəf Hacıyevin Ermənistandakı çıxışına, dövlət başçımız İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, Azərbaycan Dağlıq Qarabağa heç bir muxtar respublikada olmayan ən yüksək status verməyə hazırdır. Muxtar status o deməkdir ki, Dağlıq Qarabağdakı ermənilərin maraqları nəzərə alınacaq və oradakı ermənilər Azərbaycanın ərazi bütövlüyü tərkibində öz hüquqlarından maksimum şəkildə istifadə edəcəklər. Təbii ki, Azərbaycan və Ermənistan arasında əlaqələr açılacaq”.

Z.Məmmədov  ermənilər Böyük Ermənistan xülyasını davam etdirmək niyyətindədirlər deyə vurğulayıb:

“Onlar kompromisə getmək istəmirlər. Nəinki Dağlıq Qarabağ, ətraf rayonlarla bağlı qəti addımlar atmaq istəmirlər. İndi torpaqları işğal edərək status klonunun saxlanılmasında maraqlıdırlar. Amma  Azərbaycan tərəfi Ermənistana təklif edir ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək Muxtar respublika statusu verə bilərik. Təbii ki, bu təkliflərin də bir sonu olacaq. Bu son həddən sonra artıq Azərbaycan erməni işğalçıları ilə başqa cür danışacaq. Bu zaman ermənilərin nəinki muxtar statusu, onların əlində bir zərrə belə torpaq qalmayacaq. Buna görə bütün məsələləri min ölçüb, bir bölmək lazımdır. Biz başa düşürük ki, geosiyasi qüvvələr münaqişələrin, status klonunun saxlanılmasında maraqlıdırlar. Biz başa düşürük ki, Ermənistan bu gün hansı geosiyasi güclərin arxasında dayanaraq onlara güvənir. Amma müharibə başlayarsa o qüvvələrin Ermənistana dəstək verəcəyi sual altındadır. Çünki güclü hər zaman qalib deməkdir. Azərbaycan güclü tərəfdir. Gec və ya tez Ermənistan bunu başa düşməli və münaqişənin nizamlanmasında  özünü rasional aparmalıdır”. 

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev Ermənistanda çıxışında Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycanın tərkibində yüksək status ala bilər fikri ilə çıxış edib. Bu da erməni mətbuatında birmənalı qarşılanmayıb. Onlar A.Hacıyevin vəzifəsindən istifadə edərək öz mövqeyini qabağa çəkdiyi iddia ediblər.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!