Azərbaycan daha bir ölkədə səfirlik açır 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan daha bir ölkədə səfirlik açır 

Maraqlı

11 May 2023 13:54 1068


Azərbaycanın Slovakiyada səfirliyi açılacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Milan Layçak APA-ya müsahibəsi zamanı bildirib. 

Səfirin sözlərinə görə, Bratislavada Azərbaycan səfirliyinin açılması bu ilin iyun ayında gözlənilir.  pizza mizza

“Slovakiya 2019-cu ilin noyabr ayında Bakıda öz səfirliyini açıb və ölkələrimiz arasında biznesin təşviqi istiqamətində fəaliyyətimiz kifayət qədər intensivdir. Bratislavada Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını gözləyirik. İnanırıq ki, bu, iyun ayında Azərbaycan xarici işlər nazirinizin Slovakiyaya rəsmi səfəri zamanı həyata keçiriləcək”, - diplomat qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!