“Azərbaycan Dəmir Yolları”nda yoxlamalar aparılır

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Dəmir Yolları”nda yoxlamalar aparılır

Maraqlı

09 İyul 2022 11:00 940


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlaması aparılır.

Yenisabah.az-ın “Unikal”a istinadən məlumatına görə, hazırda QSC-nin maliyyə fəaliyyəti araşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən sayta bildirilib ki, korporativ idarəetmə standartlarına uyğun olaraq “Azərbaycan Dəmir Yolları” QSC-də Müşahidə Şurası və Audit Komitəsi formalaşdırılıb: “Beynəlxalq standart və milli qanunvericiliyin tələblərinə uyğun olaraq böyük dördlüyə daxil olan şirkətlərdən biri kənar audit olaraq cəlb edilib və hazırda prosesdədir. Beynəlxalq mühasibat uçotu tələblərinə uyğun olaraq hazırlanan hesabat təsdiq olunduğu zaman ictimaiyyətə məlumat veriləcək və təşkilatın rəsmi internet səhifəsində yerləşdiriləcək”. pizza mizza

Qeyd edək ki, quruma 2015-ci ildən bu ilin 24 may tarixinədək Cavid Qurbanov rəhbərlik edib. Dövlət başçısının sərəncamı ilə C.Qurbanov 2 ay əvvəl vəzifədən azad edilib və onun yerinə hələlik təyinat olmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!