“Azərbaycan Dəmir Yolları”ndan bilet satışı ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Dəmir Yolları”ndan bilet satışı ilə bağlı açıqlama

Sosial

17 May 2020 17:53 1708


Beynəlxalq sərnişin daşımaları dayandırıldığı üçün qarşıdakı günlərə bilet almaq mümkün deyil.  

Yenisabah.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin mətbuat katibi Natəvan Bayramova məlumat verib.  

N.Bayramova vətəndaşların xarici ölkələrə və regionlara səfər üçün biletlərlə bağlı müraciətlərinə cavab olaraq bildirib ki, hazırda qatarların beynəlxalq və ölkədaxili istiqamətlərdə hərəkəti dayandırıldığından biletlərin satışı da həyata keçirilmir:   Pepperoni pizza

“Pandemiya ilə əlaqədar ölkə ərazisində karantin rejimi tətbiq edilir. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq, beynəxalq və regional sərnişin daşımaları, eləcə də ADY-nin onlayn bilet satışı dayandırılıb”.  

Natəvan Bayramova onu da əlavə edib ki, qatarların ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkəti bərpa olunduqdan sonra onlayn bilet satışı da mümkün olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!