Azərbaycan derbisi bu itkilərlə keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan derbisi bu itkilərlə keçiriləcək

İdman

07 Fevral 2020 13:47 1070


Sabah futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ” – “Neftçi” qarşılaşması keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, komandalar meydana itkilərlə çıxacaq.

Belə ki, Antalyada təlim-məşq toplanışı zamanı zədələnən Rahil Məmmədov bu görüşü də buraxmalı olacaq. Futbolçu ötən tur keçirilən “Səbail” – “Qarabağ” (0:1) qarşılaşmasında da iştirak edə bilməmişdi. pizza mizza

“Neftçi” isə müdafiəçi “itirib”. Belə ki, sonuncu turda “Sumqayıt”la qarşılaşan “ağ-qaralar”ın (1:1) futbolçusu Voislav Stankoviç qırmızı vərəqə aldığına görə, Ağdam klubu ilə oyunu buraxacaq.

Qeyd edək ki, Azərbaycan derbisi fevralın 8-də saat 20:00-da başlayacaq. “Azərbaycan derbisi” də adlanan qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!