Azərbaycan derbisi: “Qarabağ“ - “Qəbələ“ ilə qarşılaşacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan derbisi: “Qarabağ“ - “Qəbələ“ ilə qarşılaşacaq

İdman

08 May 2023 09:17 976


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulacaq. 

Yenisabah.az-ın məlumatına görə, sonuncu oyunda "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. 

"Azersun Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. "Köhlən atlar" 81 xalla liderdir. "Qırmızı-qaralar" 48 xalla 4-cü pillədə qərarlaşıb.  pizza hut

Komandalar indiyədək ölkə çempionatlarında 57 dəfə üz-üzə gəliblər. Bunların 32-də Ağdam təmsilçisi, 10-da da "Qəbələ" meydanı üç xalla tərk edib. 15 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində də hazırkı meydan sahiblərinin aşkar üstünlüyü var - 90:44. "Qarabağ" Premyer Liqadakı ardıcıl 5 oyunda rəqibini məğlub edib, qonaqlar isə 19 matçdır qələbə qazana bilməyib.

Azərbaycan Premyer Liqası

XXIII tur

8 may (bazar ertəsi) 

20:00. “Qarabağ”– “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Emin Əliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Azersun Arena” 

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" "Kəpəz"i, "Zirə" "Şamaxı"nı 3:0 hesabı ilə üstələyib. "Turan Tovuz" "Neftçi"ni (4:0), "Səbail" isə "Sumqayıt"ı (3:1) məğlub edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!