“Azərbaycan dünyada misli olmayan hərbi bacarıq göstərdi” -   Şahbaz Xuduoğlu

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan dünyada misli olmayan hərbi bacarıq göstərdi” - Şahbaz Xuduoğlu

Siyasət

10 Oktyabr 2020 13:04 1120


"İlham Əliyev bu konflikti gələcək nəsillərə qoymayacaq. İqtisadi və hərbi gücünə görə regionda lider olan bir dövlət torpaqlarını heç kəsə güzəştə getməli deyil".

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış naşir Şahbaz Xuduoğlu bildirib.  

O qeyd edib ki, ruhdan düşmək olmaz. Naşirin fikrincə, hətta bütün torpaqlarımızın azad olması da müharibənin bitməsi demək deyil: Dominos pizza

"Əliyev çox parlaq bir mövqe qoydu ortalığa, həm hərbi, həm də diplomatik. Bu o deməkdir ki, bu müharibəni o bitirməlidir. Çünki dedikləri hələ ki, həyata keçməyib. Qarabağ azad edilməlidir, Azərbaycan torpaqları geri qayıtmalıdır, Türkiyə tərəf kimi Minsk qrupuna daxil olmalıdır, Paşinyan xalqımızdan üzr istəməlidir. Türkiyə yanımızda qalmalıdır. Türkiyə geri çəkilməli deyil. Yalnız mənəvi yox, bütün imkanları ilə. Bu xalqımızın mövqeyidir".

Ş.Xuduoğlu bildirib ki, 10 günlük müharibəni Azərbaycan udub: "Dünyada misli olmayan hərbi bacarıq göstərdi. Bu müharibə mütləq hərb tarixinə qızıl hərflərlə yazılacaq. Qarabağın yüksək nöqtələrinə qədər ordumuz irəlilədi; daha ordan düşmək olmaz - Nə ruhən, nə də real. Azərbaycan bu birliyini, ruh yüksəkliyini qorumalıdır. Azərbaycan o yüksəklikdə yaşamağa layiqdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!