Azərbaycan dünyanın 10 ən çox minadan əziyyət çəkən ölkələri sırasındadır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan dünyanın 10 ən çox minadan əziyyət çəkən ölkələri sırasındadır

Siyasət

05 Aprel 2025 08:43 214


“Azərbaycan dünyanın 10 ən çox minadan əziyyət çəkən ölkələri sırasındadır”.

“Yeni Sabahb”ın-ın məlumatına görə, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O, Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə BMT-nin binasında Azərbaycanın minatəmizləmə fəaliyyətinə həsr olunmuş tədbirin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda belə tədbirlərin keçirilməsi Azərbaycanın probleminə diqqəti cəlb edir. “Azərbaycanın problemi ilə bağlı həm də siyasi məsələlər var. Buna misal olaraq, Ermənistan tərəfindən hələ də Azərbaycan tərəfinə dəqiq xəritələr təqdim olunmayıb. Texniki və maliyyə problemləri də mövcuddur. Düzdür, bunlar mütəmadi olaraq həll olunur. Amma bu barədə biz təbii ki, beynəlxalq ictimaiyyətə müəyyən məlumat çatdırmalıyıq”. pizza hut

Fərid Şəfiyev deyib ki, Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə xərclənmiş vəsaitin yalnız 6 faizə yaxını xarici donorlar vasitəsilə edilib. Onun sözlərinə görə, bəzi ölkələrə bu məsələdə kütləvi şəkildə yardım göstərilir.

“Təəssüflər olsun ki, bu münaqişədə biz ikili standartlarla üzləşmişik, indi də üzləşməyə davam edirik. Məsələn, Avropa İttifaqı Ermənistana yardım edir, halbuki, münaqişə, o cümlədən dağıntılar Ermənistan ərazisində deyil, bizim ərazimizdə baş verib. Mina problemi də Azərbaycan ərazisindədir. Amma bu məsələni həll etmək üçün bizim yetərli qədər həm iradəmiz, həm də resurslarımız var. Sadəcə, buna vaxt tələb olunur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!