Azərbaycan dünyanın ən güclü ölkələrinin siyahısında

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan dünyanın ən güclü ölkələrinin siyahısında

Siyasət

16 Dekabr 2019 12:53 921


ABŞ-da nəşr olunan “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinqini açıqlayıb.

"Yeni Sabah"ın məlumatına görə, Pensilvaniya Universitetinin “BAV Group i Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilən reytinq siyahısı ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib.

Siyahı tərtib edilərkən ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Pepperoni pizza

Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb.

Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!