Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini kəskin artırıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini kəskin artırıb

İqtisadiyyat

20 Yanvar 2024 16:15 1408


2023-cü ildə Azərbaycan 560,837 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, 2022-ci illə müqayisədə 14,1% azdır. pizza hut

Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 14,706 milyon ABŞ dolları olub. Bu isə bir il əvvələ nisbətən 6,4 dəfə çoxdur.

Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 3,2%-ni, ixrac isə ümumi ixracının 0,04%-ni təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2022-ci ilə nisbətən 2,9% azdır.

Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 11,1% azalıb, idxal isə 18,9% artıb.

Son nəticədə xarici ticarətdə 16 milyard 613 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 29,6% azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!