Azərbaycan əhalisi ərzağa nə qədər pul xərcləyir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan əhalisi ərzağa nə qədər pul xərcləyir?

İqtisadiyyat

07 Aprel 2022 16:50 510


2022-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 5,5 faiz artaraq 3989,1 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən Yenisabah.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 2052,7 milyon manata çatıb.

Rəsmi məlumata görə, qeyri-ərzaq məhsullarının həcmi isə 9,2 faiz artaraq 1936,4 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!