Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?

İqtisadiyyat

23 Mart 2021 09:12 980


Azərbaycan əhalisinin iki ay ərzində pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub.

Trend-in məlumatına görə, 2021-ci ilin yanvar-fevral aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 6,3 faizi içkilər və tütün məmulatlarının, 16,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə qeyd oluna müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6,0 milyard manatlıq, o cümlədən 3,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!