Azərbaycan əhalisi pullarının çoxunu bu məhsullara xərcləyir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan əhalisi pullarının çoxunu bu məhsullara xərcləyir

İqtisadiyyat

23 Yanvar 2023 23:19 1726


2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,2 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına xərcləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bununla yanaşı, əhali vəsaitlərinin 14,7 faizini toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edib. Sezar pizza

Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard 111,0 milyon manatlıq məhsul satılıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2022-ci ilin eyni dövründə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,8 faiz artıb./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!