Azərbaycan əhalisinin ən çox nəyə pul xərclədiyi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan əhalisinin ən çox nəyə pul xərclədiyi açıqlandı

İqtisadiyyat

19 Aprel 2022 00:19 2139


2022-ci ilin yanvar-mart ayları üzrə Azərbaycan əhalisinin istehlak xərcləri açıqlanıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, pərakəndə ticarət şəbəkələrində istehlakçılara 11 milyard manatlıq ərzaq və qeyri-ərzaq məhsulları satılıb.

Müvafiq dövrdə istehlakçıların xərclədiyi vəsaitin 56,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 15,2 faizi toxuculuq məhsullarına, geyim və ayaqqabılara, 5,2 faizi avtomobil benzini və dizel yanacağına, 4,7 faizi elektrik malları və mebellərə, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,1 faizi kompüterlərə, telekommunikasiya avadanlıqlarına və çap məhsullarına, 14,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Toyuqlu pizza

Qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11,0 milyard manatlıq ərzaq və qeyri-ərzaq məhsulları satılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!