Azərbaycan əhalisinin sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan əhalisinin sayı artdı

Sosial

14 Noyabr 2025 15:25 429


Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 28 min 758 nəfər və ya 0,3 faiz artıb.

Bu barədə “Yeni Sabah”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhalinin sayı cari ilin oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 253 min 647 nəfərə çatıb. Pepperoni pizza

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bundan başqa, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 45 minə yaxın ölüm qeydə alınıb. Sözügedən aylar ərzində ölkədə 44 min 409 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!