Azərbaycan elminə ağır itki - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan elminə ağır itki - Foto

Sosial

15 Aprel 2020 11:28 1152


Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki müxbir üzvü vəfat edib.

Bu barədə AMEA-dan məlumat verilib. pizza

Bildirilib ki, görkəmli geoloq alim, professor Kərim Kərimov 87 yaşında, görkəmli iqtisadçı alim, professor Əli Nuriyev isə 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kərim Kərimov 1933-cü ildə, Əli Nuriyev isə 1939-cu ildə anadan olub.

Geoloq alim, Əməkdar elm və texnika xadimi Kərim Kərimov 1992-1996-cı illərdə ARDNŞ-in nəzdindəki Geofizika Baş İdarəsinin rəisi, 1996-2005-ci illərdə Geofizika və Mühəndis Geologiyası İctimai Birliyinin baş direktoru vəzifələrində çalışıb. 2006-2008-ci illərdə Geofizika və Geologiya İdarəsində elmi işlər üzrə baş müşavir işləyib.

Alim 1991-ci ildə geologiya-geofizika elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Res­pub­likasının “Əməkdar elm və texnika xadimi” fəxri adı­na layiq görülüb, 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!