Milli Hidrometeorologiya Xidməti nin saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində küləkli hava şəraiti davam edir.
Yenisabah.az xəbər verir ki, bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Qobustanda 22 m/s, Şahdağ və Göyçayda 20 m/s, Lerikdə 19 m/s, Tərtərdə 18 m/s, İsmayıllı və Şamaxıda 16 m/s, Şəki və Zərdabda 15 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 29, Naxçıvan MR-da 28, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınıb. Dominos pizza
Telegram kanalımız