Azərbaycan İraqın şimalında yerləşən Ərbil şəhərində Baş Konsulluq açmağı planlaşdırır.
Yenisabah.az xəbər verir ki, bu barədə İraq Kürdüstan Regionunun başçısının rəsmi saytında məlumat yayılıb.
Bildirilir ki, konsulluğun açılması Azərbaycan Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü zamanı müzakirə edilib. Sezar pizza
Xatırladaq ki, görüş Almaniyanın Münhen şəhərində baş tutub. Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
Telegram kanalımız