Azərbaycan ermənilərin “müstəqillik bayramı“nı qana boyayacaq?   - “Məsuliyyət Rusiyanın üzərinə düşür“

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ermənilərin “müstəqillik bayramı“nı qana boyayacaq? - “Məsuliyyət Rusiyanın üzərinə düşür“

Rəsmi

01 Sentyabr 2021 17:58 25744


Sabah qondarma rejimin nümayəndələri Xankəndidə "müstəqilliklərinin" 30 illiyini qeyd etməyi planlaşdırırlar. Hətta 20 erməni deputat Yerevandan Xankəndinə gəlib. "Mərasimdə" Ermənistan rəsmilərinin iştirakı da gözlənilir.

Bu məsələ Azərbaycanda ciddi müzakirə olunur. Separatçıların bu hərəkətindən hiddətlənən sosial şəbəkə iştirakçıları onlara layiqli cavabın verilməli olduğunu düşünürlər. Hətta ermənilərin "müstəqillik bayramını" qana boyamağı təklif edənlər də var.

Azərbaycanın məsələyə münasibəti necə olmalıdır? Separatçılara qarşı hərbi güc tətbiq olunmalıdırmı? pizza hut

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Yenisabah.az-a açıqlamasında deyib ki, Azərbaycanın siyasəti bu hadisənin qarşısına almağa yönəlməlidir:

“Azərbaycan elə bir siyasət aparmalı idi ki, bu hadisə baş verməsin. Azərbaycan aktiv, önləyici siyasət yürütməli idi. Bu siyasət həm siyasi-diplomatik, hərbi, kəşfiyyat, əks-kəşfiyyat sferasını da əhatə etməli idi. Azərbaycan kompleks, aktiv siyasət aparmalı idi ki, bu hadisə baş verməsin.

Nəzərə almaq lazımdır ki, bu qərar Moskvanın razılığı ilə verilib. Ermənistanın xarici işlər nazirin yenicə Moskva səfəri olub. O, Rusiya xarici işlər naziri Lavrovla görüşdən sonra başından aşan çox bəyanatlar verib. Aydın məsələdir ki, o bu tapşırığı Kremldən alıb. Ona görə də biz bilməliyik ki, bizim qarşımızda artıq ermənilər deyil, ruslar dayanıb”.

Politoloqun sözlərinə görə, bütün baş verənlərin strateji məsuliyyətini Rusiya daşıyır:

“Təkcə rus sülhməramlılarının nəzarətində olan ərazilərdə deyil, bütün Ermənistanda nə baş verirsə, hamısının strateji cavabdehliyini Rusiya daşıyır. Çox sadə səbəbdən. Çünki Ermənistana strateji nəzarəti Rusiya həyata keçirir. Və Ermənistan da sülhməramlıların nəzarətində qalan Azərbaycan ərazisi də, işğal altındakı torpaqlarımız da Rusiyanın strateji uzantısıdır. Konkret olaraq bunlar üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlılarına məsuliyyət zonasında baş verib. Bütün bunları nəzərə alaraq biz siyasətimizi Rusiyaya yönəldərək yenidən baxmalıyıq. Bunun qarşısını almaq üçün önləyici, aktiv siyasət, siyasi diplomatik fəaliyyət göstərməlidirlər”.

S.Əkbərin fikirincə, onların hərbi gücü olsaydı, təslimçilik aktına imza atmazdılar:

"Onların nə gücü var ki, hərbi gücə əl atsınlar? Hərbi gücü olan təslim olardımı? Təslimçilik aktına qol çəkərdimi?

Onlar nə deyərlərsə, Kremlin ağzı ilə danışırlar. Kremlin vəkilliyini edirlər. Onlar Rusiyanın sözünü deyirlər. Deyilən sözlər hamısı Rusiyanındır. Ermənistanda hakimiyyət dəyişməyib ki.. Həmin təslimçilik aktına qol çəkən hakimiyyətdir. Onlar bu sözü deyirsə, deməli bu onların sözü deyil, ağaların sözləridir”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sahib
    Sizin də adminin hələ bir şərhi göstərdiyini görmədik. Yazmarıq, amma dözmək olmur....
    5 years ago
  • Sahib
    İstənilən gizli və ya aşkar yol ilə bu gün ermənilərə Xankəndində cavab verilməlidir. Susmaq olmaz
    5 years ago
  • Ruslan
    Gelin bele danisag. Biz bezmisik besdide bu ermeni sohbeti. Onlar 30 il basimiza oyun acdi. Onlari bizim hokumet hokumetdis ordan ya cixarsin yada onlari gebertsin. Esgerlerin zor gucuyle geri gaytardigi torpagi tezeden geri verdiler. Sizden basm cixmir nese bezmisem
    5 years ago