Azərbaycan-Ermənistan sərhəddində 5 gün davam edən danışıqların nəticəsi...   - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Ermənistan sərhəddində 5 gün davam edən danışıqların nəticəsi... - İDDİA

Rəsmi

17 May 2021 00:36 3663


Bu gün Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrin komandiri general Rüstəm Muradovun iştirakı ilə keçirilən danışıqlar başa çatıb.

Yenisabah.az “Armenian ews”a istinadla xəbər verir ki, ilkin məlumata görə, Azərbaycan hərbçiləri Ermənistanla sərhədin mübahisəli ərazisindən geri çəkilməlidir.

Bunu Syunik bölgəsinin Verin Akner kəndinin bələdiyyə sədri Spartak Minasyan bildirib. pizza

“İlkin məlumata görə, Azərbaycan hərbçiləri ərazidən ayrılmalı, gərginlik azalmalı, sonra mövqe tutmalıdırlar. Ancaq mövqelər yaşayış məntəqələrimizə yaxınlaşmayacaq”.

“Danışıqların nəticələri bizim üçün müsbətdir və sabah Azərbaycan silahlı qüvvələri Sev Liç ərazisini (Qara göl) tərk etməlidir. Bu barədə öz “Facebook” səhifəsində deputat Zohrabyan məlumat verib.

“Azərbaycanlılarla beş günlük danışıqlar yenicə başa çatıb. Syunikdən mənə bildirildiyi kimi, danışıqların nəticəsi bizim üçün müsbətdir və sabah Azərbaycan silahlı qüvvələri Sev Liç ərazisini tərk etməlidir.

Ümid edək ki, sabah Azərbaycan silahlı qüvvələri həqiqətən Sev Liç ərazisini tərk edəcək və ən əsası bu, Ermənistanın başqa bir ərazisinin suverenliyi hesabına olmayacaq. Məsələn, Tiqranaşen (Kərk)”, – deyə Zohrabyan yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!