Azərbaycan-Ermənistan sərhədinə rus sərhədçilər yerləşdirilir? - Təhlükəsizlik Şurasının katibindən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Ermənistan sərhədinə rus sərhədçilər yerləşdirilir? - Təhlükəsizlik Şurasının katibindən AÇIQLAMA

Rəsmi

22 İyun 2021 19:58 2468


"Rus sərhədçilərinin Geqarkunikə yerləşdirilməsi ilə bağlı danışıqlar davam edir".

Yenisabah.az xəbər verir ki, bunu "Azadlıq Radiosu"na verdiyi müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, demarkasiya və delimitasiya işləri və bütün digər məsələlər bu istiqamətdə həll ediləcək. Dominos pizza

Armen Qriqoryan Ermənistan və Azərbaycan hərbçilərinin daimi yerlərinə qayıdacaqlarını və Rusiya sərhədçilərinin "mübahisəli ərazilər"ə yerləşdiriləcəyini deyib. "Bundan sonra delimitasiya və demarkasiya prosesi başlayacaq".

Rus sərhədçilərinin Geqarkunikə yerləşdirilməsi ilə bağlı danışıqların davam etdiyini söyləyən Qriqoryan əlavə edib: "Mən sizi danışıqların nəticələrini gözləməyə çağırıram. Problemin həllindən sonra sərhədçilərin yerləşdirilməsinə ehtiyac qalmayacaq. Demarkasiya və delimitasiya başa çatdıqda, Ermənistan və Azərbaycan sərhədçiləri öz ərazilərində yerləşdiriləcək".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!