Azərbaycan Ermənistana qaz verəcək? -   ŞƏRH

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ermənistana qaz verəcək? - ŞƏRH

İqtisadiyyat

17 Mart 2021 16:36 1097


Azərbaycanın istər Rusiyadan, istərsə də digər ölkədən Ermənistana sabit qaz tədarükünü dəstəkləməyə hazır olması İkinci Qarabağ müharibəsindən sonra ölkənin nə dərəcədə humanist fəaliyyət göstərdiyini bir daha nümayiş etdirir.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Rusiya qazının Azərbaycan ərazisindən Ermənistana nəqli ilə bağlı məlumatı şərh edərkən deyib.

M.Brayza bildirib ki, bu addım Azərbaycanın Ermənistana öz qonşuları ilə reinteqrasiyasında və iqtisadi əməkdaşlıq yolu ilə müharibə yaralararının sağaldılmasında kömək etmək niyyətinin göstəricisidir: Dördpendirli pizza

"Ermənistan tərəfindən bu imkandan yararlanmaq müdrik addım olardı. Təəssüf ki, Ermənistandakı siyasi böhran psixoloji şoka yola açıb, nə ölkə rəhbərliyi, nə də sadə vətəndaşlar qarşılarında açılan gözəl imkanları başa düşə bilmir. Əlbəttə ki, 10 noyabr sazişi bu cür imkandır. Bu sənəddə regiondakı bütün nəqliyyat kommunikasiyalarının tam açılacağı qeyd olunub. İndi infrastruktur layihələr baxımından bir çox imkanlar mövcuddur və bunlar Ermənistana da fayda gətirəcək. Ümid edirəm ki, Ermənistan bu imkandan istifadə edəcək". (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!