“Azərbaycan əsgəri hədəfə yaxınlaşır” - Müdafiə Nazirliyi

“Azərbaycan əsgəri hədəfə yaxınlaşır” - Müdafiə Nazirliyi

Hadisə Veb saytların hazırlanması

06 Noyabr 2020 18:37 1809


"Ali Baş Komandanın əmriylə Azərbaycan əsgəri düşmənin 30 il müddətində işğal edilmiş ərazilərdə tikdiyi istehkam manelərini yarır, qurduğu pusquları dağıdır və hədəfə yaxınlaşır. Ötən sutka ərzində Ağdərə istiqamətində xeyli itki verən düşmən bu itkilərin yerini doldura bilmir, bölmələrin idarə olunmasında problem var".

Yenisabah.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

"Əks-hücum əməliyyatında Ordumuzun qarşısında duran əsas tapşırıq çətin relyef və iqlim şəraitində mütəşəkkil qaydada irəliləməkdir. Hazırda Azərbaycan Ordusunun qarşısında təkcə Ermənistanın silahlı qüvvələrinin bölmələri deyil, eyni zamanda xaricdən cəlb edilmiş muzdlu və xarici terrorçu döyüşçülər var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!